00:00:00
Yazar
Admin User
08.12.2025 12:54 79 1 dəq oxuma
Siyasət

Bakıda Azərbaycan–Qırğızıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan–Qırğızıstan hökumətlərarası komissiyasının iclası keçiriləcək

Bakıda Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlığa həsr olunan birgə hökumətlərarası komissiyanın iclası keçiriləcək. Bu barədə məlumatı Prezident İlham Əliyev Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasındakı əlaqələr, ümumiyyətlə, hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır:

 

"Ona görə ki, hər iki dövlət Türk Dövlətləri Təşkilatına daxildir və Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr daha əvvəllər də olub, müxtəlif səviyyələrdə və müxtəlif təşkilatlar daxilində. Bu baxımdan, tərəflər arasında əlaqələrin inkişafı hər iki tərəf üçün çox vacibdir və çox güman ki, bu tendensiya davam edəcək. Azərbaycan-Qırğızıstan Birgə Hökumətlərarası Komissiyasının fəaliyyəti, təbii ki, mühüm əhəmiyyətli hadisədir və iki tərəfli münasibətlərin inkişafına töhfə verməklə yanaşı, bu, eyni zamanda həm Mərkəzi Asiya, həm də Cənubi Qafqaz regionunda yeni dinamikanın formalaşmasına təsir göstərə bilər və bütövlükdə məhz bu cür iki tərəfli və çoxtərəfli əlaqələr sayəsində Azərbaycanın Mərkəzi Asiyada, Mərkəzi Asiya ölkələrinin isə Cənubi Qafqazda imkanları artır".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər