Bakıda BƏƏ-nin Müstəqillik Günü qeyd olunur
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilir.
BƏƏ-nin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açılıb.
Tədbirin fəxri qonağı iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
Qəbulda həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər, Milli Məclisin deputatları, ictimai və siyasi xadimlər iştirak edirlər.
