Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası başlayıb
Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb. Tədbirdə 71 ölkədən 300-ə yaxın hakim, vəkil və beynəlxalq ekspert iştirak edir.
Assambleya oktyabrın 12-dən 17-dək davam edəcək, idarəetmə orqanlarına seçkilər keçiriləcək və müxtəlif ölkələrin məhkəmə-hüquq təcrübələri müzakirə olunacaq. Oktyabrın 14-də “Məhkəmə hakimiyyəti və digər hakimiyyət qolları arasındakı münasibətlər” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bakı toplantısı çərçivəsində “Ədalət mühakiməsi rəmzləri” adlı sərgidə 80 ölkədən gətirilmiş 150-yə yaxın atribut nümayiş etdiriləcək.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Xəqani Cəfərli bildirib ki, beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi ölkələrin beynəlxalq münasibətlərdəki mövqeyini gücləndirir:
"Bu baxımından Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının Bakıda keçirilməsi heç şübhəsiz ki, Azərbaycanın beynəlxalq münasibətlərdəki mövqeyinin artırır. Beynəlxalq miqyaslı tədbirlər təcrübə mübadiləsi, yeniliklərin öyrənilməsi üçün çox uğurlu əməkdaşlıq platformasıdır. Yeni texnologiyaların təsiri ilə bütün sahələr kimi məhkəmə-hüquq sisteminə də yeniliklər gətirir. Bu baxımdan daimi əməkdaşlıq yeni texnologiyaların təsiri ilə yaranan yeniliklərin mahiyyətini öyrənməyə əlverişli şərait yaradır.
Məhkəmə hakimiyyətinin müstəqilliyi demokratik idarəçilik üçün ona görə xüsusi əhəmiyyət daşıyır ki, bu hakimiyyətin bölünməsinin fəlsəfəsinin diqtə etdiyi məntiqdir. İslam dünyasında bunu anlamaq bir qədər çətindir. Hətta bəzi İslam alimləri hakimiyyətin bölünməsinin İslam dininə zidd olduğunu da bəyan edirlər və gerçəklikdən o qədər də uzaq deyil. Yəni hakimiyyətin bölünməsi, məhkəmələrin müstəqilliyi xristian sivilzasiyanın dünya görüşünə uyğun olduğu üçün ona böyük önəm verirlər. Təəssüf ki, məhkəmələrin müstəqiliti müsəlman çoğarfiyası üçün hələ də yad düşüncə, yad qayda olaraq qalır".
Aişə Mustafayeva
