00:00:00
Yazar
Cavahir Əsgərbəyli
28.04.2026 15:30 14 1 dəq oxuma
Hadisə

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

Bakıda güclü külək səbəbindən 34 ağac aşıb

Bakıda müşahidə olunan güclü külək nəticəsində 34 ağac aşıb.

 

"İnformator.az" "Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi"nə istinadən xəbər verir ki, son iki gün ərzində güclü küləklə əlaqədar ağac aşması barədə qurumun qaynar xəttinə ümumilikdə 34 müraciət daxil olub. Hazırda paytaxtın müxtəlif ərazilərində təmizlənmə işləri aparılır.

 

"Baş verən ağac aşmaları və budaqların qırılması halları ilə bağlı operativ tədbirlər həyata keçirilir", - məlumatda vurğulanıb.

#yeni #baki #xəbər #ağac
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər