00:00:00
Yazar
Admin User
05.09.2025 06:22 116 1 dəq oxuma
Sosial

Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək

Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək

24-26 sentyabr tarixlərində Bakıda III MDB Beynəlxalq Statistika Forumu keçiriləcək.

 

"İnformator.az"" xəbər verir ki, bu barədə MDB-nin İnternet portalı məlumat yayıb.

 

Forum milli statistika xidmətlərinin, beynəlxalq təşkilatların, dövlət qurumlarının və tədqiqat dairələrinin nümayəndələrini bir araya gətirəcək.

 

Forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunacaq. İştirakçılar metodologiya, milli və beynəlxalq təcrübə, həmçinin qlobal statistik təşəbbüslər (Milli Hesablar Sistemi 2025, əhali və mənzil fondunun siyahıyaalınması (2030-cu il raundu və s.), eləcə də Dayanıqlı İnkişaf Məqsədlərinin monitorinqinin həyata keçirilməsi perspektivlərini müzakirə edəcəklər.

 

Bundan başqa, layihələrin səmərəliliyinin əsas amillərinə: informasiya texnologiyalarının tətbiqinə, smart məlumatların inteqrasiyası və istifadəsinə xüsusi diqqət yetiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər