00:00:00
Yazar
Admin User
22.09.2025 18:23 148 2 dəq oxuma
Siyasət

Bakıda imzalanan “Şəhər içində şəhər” sazişi: yeni inkişaf perspektivləri

Bakıda imzalanan “Şəhər içində şəhər” sazişi: yeni inkişaf perspektivləri

 

Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding” şirkəti arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi  təsdiqləyib. Layihənin gələcəkdə ölkəmizin şəhərsalma siyasətinə və iqtisadi inkişafına mühüm töhfə verəcəyi gözlənilir. 

 

Mövzu ilə bağlı politoloq Cavanşir Abbaslı "İnformator.az"a açıqlamasında bildirib ki, bu tədbir son illərdə baş tutan ən vacib beynəlxalq platformalardan biridir:

 

"Hər bir ölkənin şəhərsalma konsepsiyasını dəyişməsi və formalaşdırması baxımından bu tədbir mühüm önəm daşıyır. Azərbaycan Prezidentinin forum iştirakçılarına müraciətində də gördük ki, ölkəmiz bu təşəbbüslərə xüsusi diqqət yetirir. Azərbaycanla BƏƏ arasında münasibətlərin hər zaman yaxın olduğunu bilirik və iqtisadi əlaqələr son illərdə daha da dərinləşib. Azərbaycan Prezidentinin BƏƏ barədə dediyi fikirlər də göstərir ki, ölkəmizin xarici siyasət kursunda bu dövlətlə münasibətlərin inkişafı xüsusi yer tutur. Bu əməkdaşlıq iqtisadiyyat sahəsində yeni fürsətlərin yaranmasına zəmin yaradır".

 

Həmçinin ekspert qeyd edib ki, “Şəhər içində şəhər” konsepsiyasının əhəmiyyəti ondan ibarətdir ki, bu təşəbbüs Azərbaycan iqtisadiyyatına müasir yanaşmalar gətirəcək və investisiya axınını gücləndirəcək:

 

“Azərbaycan və BƏƏ arasında bağlanan saziş yalnız investisiya mühitinə deyil, həm də yeni iş yerlərinin açılmasına ciddi təsir göstərəcək. BƏƏ şirkətləri Azərbaycana böyük məbləğdə vəsait yatırır, eyni zamanda ölkəmiz də qarşılıqlı əməkdaşlıq çərçivəsində bəzi sahələrdə BƏƏ-yə sərmayə qoyur. Layihənin Bakı və digər şəhərlərin sosial-iqtisadi inkişafına uzunmüddətli faydaları olacaq. Bu təşəbbüs həm şəhər infrastrukturunun yenilənməsi, həm də iqtisadi potensialın gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə əməkdaşlıq həm ölkələrin daxili iqtisadiyyatını möhkəmləndirir, həm də regionun ümumi inkişafına töhfə verir".

 

Sura Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər