Bakıda İran səfirliyində anım mərasimi keçirilir
Bu gün Bakıda İran səfirliyində İran–İsrail qarşıdurması zamanı həlak olan yüksək rütbəli iranlıların xatirəsinə həsr olunmuş anım mərasimi təşkil olunub.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Anım mərasimi iki gün davam edəcək.
Tədbir çərçivəsində səfirlikdə "Xatirə kitabı" da açılıb. Qonaqlar buraya öz başsağlığı və xatirə qeydlərini yaza biləcəklər.