00:00:00
Yazar
Admin User
17.09.2025 13:33 127 1 dəq oxuma
Siyasət

Bakıda İsrail–Suriya təhlükəsizlik görüşü keçiriləcək

Bakıda İsrail–Suriya təhlükəsizlik görüşü keçiriləcək

Sentyabrın 18-də Bakıda İsrail və Suriya nümayəndələri arasında təhlükəsizlik məsələləri üzrə görüş keçiriləcək. “Sky News Arabia”nın məlumatına görə, toplantıdan əvvəl – sentyabrın 17-də Londonda İsrailin strateji işlər naziri Ron Dermer və Suriyanın xarici işlər naziri Əsəd əs-Şeybani arasında danışıqlar aparılacaq. Hər iki görüşdə ABŞ-nin xüsusi elçisi Tom Barak da iştirak edəcək.


Qeyd edək ki, bu formatda görüş artıq üçüncü dəfə baş tutur. Hələlik yekun anlaşma əldə olunmasa da, tərəflər arasında dialoqun davam etməsi regiondakı gərginliyin nəzarətdə saxlanılması baxımından vacib sayılır.

 

Məsələ ilə bağlı politoloq Araz Xan "İnformator.az" saytına açıqlamasında bildirib ki, həm İsrail, həm də Suriya təhlükəsizlik razılaşmasının əldə olunmasında maraqlıdır:


“Hər iki dövlətin gözləntiləri fərqlidir. ABŞ nümayəndəsinin də prosesə qoşulması Vaşinqtonun yaxın vaxtlarda tərəfləri razılaşdırmaq niyyətindən xəbər verir. Lakin bunun nəticə verməsi üçün Türkiyənin də maraqları nəzərə alınmalıdır. Türkiyə isə Suriyanın ərazi bütövlüyünün qorunmasını əsas şərt kimi irəli sürür”.


Politoloqun sözlərinə görə, diplomatik kanalların açıq qalması qarşıdurmaların dərinləşməsinin qarşısını almaq üçün mühüm vasitədir.

 

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər