Bakıda orta aylıq nominal əməkhaqqı 8,1% artıb
2025-ci ilin yanvar-aprel aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1% artıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Məlumata görə, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1385,9 manat təşkil edib.