00:00:00
Yazar
Admin User
10.09.2025 11:44 135 2 dəq oxuma
Sosial

Bakıda “Sonsuz Qardaşlıq – IV” Beynəlxalq hərbi təlimi başlayıb

Bakıda “Sonsuz Qardaşlıq – IV” Beynəlxalq hərbi təlimi başlayıb

Bakıda “Sonsuz Qardaşlıq – IV” adlı beynəlxalq hərbi təlimlər keçirilir. Təlimdə Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı, Türkiyə və digər müttəfiq ölkələrin qoşunları iştirak edir.

 

Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədli “İnformator.az”a bildirib ki, Azərbaycan ordusu vətən müharibəsi bitdikdən sonra xarici ölkələrlə təlimlər miqyasını dahada genişləndirib:

 

“Keçirilən bu təlim Silahlı Qüvvələrimizin döyüş hazırlığının qabiliyyətinin yüksək olmasından irəli gəlir. Bunu sadəcə biz yox, bu Azərbaycan ordusunun birgə təlimlər keçməkdə maraqlı olan ölkələrin hərbi mütəxəssisləri bildirir. Vətən müharibəsindən sonra “Sonsuz Qardaşlıq” təliminin silsilə şəklində keçirilməsi bundan xəbər verir. Bu təlimdə Azərbaycanla yanaşı Qazağıstan, Qətər, Pakistan, Özbəkistan və Türkiyə hərbi qulluqçuları iştirak ediblər. Bu təlimin fərqliliyi ondan ibarətdir ki, təlim adını çəkdiyim ölkələrin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə həyata keçirilir. Dəstək olaraq döyüş aviasiya vasitələri həmçinin müasir döyüşün aparılması üçün zəruri olan dronlardan istifadə etməklə təlim keçirilməsidir. Əlbətdə ki, hər bir təlim ordu üçün daha təkminləşmə və inkişafa gətirib çıxardan bir prosesdir. Azərbaycan ordusuda baxmayaraq ki, vətən müharibəsində qalib gəlib, amma öz döyüş hazırlığını daha da təkmilləşdirib beynəlxalq təcrübələrdən bəhrələnməli və daha effektiv döyüş əməliyyatlarının aparılması üçün zəruri addımları atmalıdır. Hesab edirəm ki, “Sonsuz Qardaşlıq” təlimində iştirak edəcək Pakistan və Türkiyə silahlı qüvvələri öz döyüş bacarığına görə dünyanın əsas ölkələrindən biridilər. Azərbaycanda ön imkanlarını, gücünü təsdiq etməyə davam edir. Bu təlim həm Azərbaycan ordusu, həm də taktiki baxımdan ordu heyətinin şəxsi qulluqçuları üçün olduqca zəruridir. Onlar bir-birinin döyüş bacarıqlarını,silahlardan istifadə etməsini mübadilə etmək baxımından əhəmiyyətlidir. Bu təlimlər dünyada mövcud olan balansı açıq şəkildə göstərir. “Sonsuz Qardaşlıq” təliminə qatılan ölkələr Azərbaycana qarşı qardaş mövqeyində çıxış etdiklərini bəyan edirlər. Bu Azərbaycanın beynəlxalq miqyasda strateji tərəfdaşı anlamına gəlir. Ordu potensialının güclənib inkişaf etməsi üçün birgə addımların atılması həyata keçiriləcəkdir. Münasibətlərin ən üst mərhələsi hərbi sahədə münasibətlərin mövcud olmasıdır. Əgər ölkələr arasında diplomatik, iqtisadi, ticari münasibətlər varsa amma hərbi münasibət gözlənilən səviyyədə deyilsə bu strateji əhəmiyyət kəsb etmir. Təbii ki, hərbi-strateji tərəfdaşlığın mövcud olması siyasi münasibətlərin daha da dərinləşməsinə, paralel olaraq isə iqtisadi münasibətlərin inkişafına gətirib çıxardır. Xüsusi təyinatlı bölmələrin böyük döyüş təcrübəsi var və bu döyüş təcrübəsi imkan verir ki, Azərbaycan öz bilik və bacarığını strateji tərəfdaş ölkələrinə çatdırsın.Hesab edirəm ki, adını çəkdiyim ölkələrin hərbi qulluqçuları üçün Azərbaycan ordusuyla birgə təlimlərdə iştirak etmək özüdə bir üstünlükdür. Bu onların gələcəkdə hansısa bir döyüş əməliyatlarında effektiv nəticə almasında üstünlük yaradacaq”.

 


Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər