00:00:00
Yazar
Admin User
08.09.2025 17:02 210 1 dəq oxuma
Sosial

Bakının bəzi yollarında sıxlıq yaranıb

Bakının bəzi yollarında sıxlıq yaranıb

 

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

 

Məsələ haqqında nəqliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki,böyük şəhərlərdə sıxlıq, tıxac gözlənilən haldır:

 

“Əsas məsələ odur ki, bu sıxlıq və tıxacları alternativləri nə səviyyədədir?Hansı küçələrdə sıxlıq varsa, nəqliyyatın intelektual idarə etmə mərkəzi bunu açıq gündəlik əsasla yayımlayır. 

Hazırda alternativlər nədir? 

Bir il ərzində görülən işlər nəticəsində ayrılmış avtobus zolaqları yaranıb, mikromobil zolaqları yaranıb ki, hansı ki, ictimai nəqliyyatla daha sürətli getməyə imkanlar yaratmışdır. Səbəbləri isə müxtəlif ola bilər. Qəza da ola bilər, təmir işləri də ola bilər. Bu mənada düşünürəm ki,yenilik deyil. Amma biz alternativlərə daha çox köklənməliyik. Bu, avtobus zolaqlarının, mikromobil zolağının önündə heç bir bariyer olmamalıdır. Eyni ilə də piyada infrastrukturunda”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər