00:00:00
Yazar
Aysel Mirzəyeva
05.03.2026 14:55 37 2 dəq oxuma
Siyasət

“Bakının dünənki tarixi jestinə Tehran belə cavab verdi…” - ŞƏRH

“Bakının dünənki tarixi jestinə Tehran belə cavab verdi…” - ŞƏRH

İranın Naxçıvan Muxtar Respublikası istiqamətində pilotsuz uçuş aparatı ilə hücum etdiyi və nəticədə iki nəfərin xəsarət aldığı bildirilir. Hadisədən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İranın Azərbaycandakı səfirinin nazirliyə çağırılacağını və etiraz notası təqdim ediləcəyini açıqlayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Cavanşir Abbaslı bildirib ki, İranın bu addımı Azərbaycanla gərginliyi artırır və vəziyyətin normallaşması üçün Tehran üzr istəməlidir:

 

“Cənub qonşumuz İran növbəti dəfə bütün qırmızı xətləri keçərək Azərbaycana qarşı açıq şəkildə hörmətsizlik nümayiş etdirdi. Bir müsəlman ölkəsi olaraq bu addım həm də onun müsəlman dünyasında həmrəyliyin tərəfdarı olmadığını göstərdi. Təəssüf ki, Azərbaycanın dünən prezident səviyyəsində göstərdiyi jestə Tehran rejimi məhz bu cür cavab verdi və mövqeyinin dəyişmədiyini ortaya qoyub. Düşünürəm ki, baş verən proseslər iki ölkə arasında gərginliyi daha da artıra bilər. Azərbaycan müstəqil dövlətdir, müstəqil xarici siyasət yürüdür və daim balanslı siyasətə üstünlük verib. Bu siyasətə uyğun olaraq ölkəmiz adekvat cavablarını da verməli və verəcək. İndiyə qədər atılan addımlar-Xarici İşlər Nazirliyinin dərhal açıqlama yayması, İran səfirinin nazirliyə çağırılması və ona nota təqdim edilməsi qısa zamanda atılmış və qənaətbəxş hesab edilə biləcək addımlardır".

 

Həmçinin şərhçi qeyd edib ki, sonrakı mərhələdə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun şəkildə davranacaq:

 

"Hesab edirəm ki, yaranmış gərginliyin aradan qalxmasının yeganə yolu İran tərəfinin rəsmi açıqlama verməsi və Azərbaycandan üzr istəməsidir. Bunun başqa alternativi yoxdur. Eyni zamanda düşünürəm ki, mövcud şəraitdə İran da Azərbaycanla münasibətlərin kəskin şəkildə pisləşməsini istəməz. Çünki regionda kifayət qədər gərginlik var və İranın vəziyyəti də elə yaxşı deyil, getdikcə daha çox təzyiq altında qalır. İran unutmamalıdır ki, Azərbaycan kiçik ölkə olsa da, Tehranla münasibətlərdə hər zaman səmimi davranıb. Hətta ən çətin dövrlərdə belə Azərbaycandan İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmasına və ya zərbələrin endirilməsinə icazə verilməyəcəyini açıq şəkildə bəyan edib. Bu baxımdan hesab edirəm ki, verilən cavab bu şəkildə olmamalı idi. Lakin görünür ki, Tehran rejiminin yanaşması hələ də dəyişməyib”.


Arzu Poladova

#tarixi #cavab #jestinə #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər