00:00:00
Yazar
Admin User
19.08.2025 13:08 112 1 dəq oxuma
Sosial

Bakının yeni hərbi prokuroru o təyin edilib

Bakının yeni hərbi prokuroru o təyin edilib

Hərbi Prokurorluqda yeni təyinat olub.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.

 

Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildə təyin olunub. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb.

 

Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağın hərbi prokuroru vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər