00:00:00
Yazar
Ayan Sadi
25.11.2026 22:22 104 2 dəq oxuma
Gündəm

Bank sektorunda dəyişən maliyyələşmə modeli – biznes kreditlərində yeni tendensiyalar

Bank sektorunda dəyişən maliyyələşmə modeli – biznes kreditlərində yeni tendensiyalar

2025-ci ilin sonundan 2026-cı ilin sentyabrınadək dövlət fondlarının vəsaitləri hesabına maliyyələşdirilən kreditlərin bankların biznes kreditləri portfelində payı 12,5 faizdən 6,9 faizə düşüb. Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bu dəyişiklikləri bank sektorunda əmanət və depozitlərin artması ilə əlaqələndirib. O, həmçinin banklarda süni intellektin tətbiqi, maliyyə risklərinin qiymətləndirilməsi və kibertəhlükəsizlik məsələlərinə toxunub.

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, əmanət və depozitlərin artmasının kreditləşməyə müəyyən təsiri olsa da, dövlət vəsaitləri hesabına verilən biznes kreditlərinin azalmasını yalnız bu amillə əlaqələndirmək doğru deyil.

 

İqtisadçının sözlərinə görə, dövlət dəstəkli kreditlərin faiz dərəcələri aşağı olduğuna görə sahibkarlar üçün daha cəlbedicidir. Bu baxımdan dövlətin biznes kreditlərinin verilməsində fəal iştirak etməsi xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün əhəmiyyətlidir:

 

“Dövlətin biznes kreditlərinin verilməsində aktiv iştirak etməsi daha vacibdir. Çünki bu kreditlərin faizləri aşağıdır və kiçik-orta sahibkarlara daha böyük dəstək vermək üçün imkanlar yaradır”.

 

Natiq Cəfərli qeyd edib ki, süni intellektin bank sektorunda tətbiqi maliyyə risklərinin azaldılmasına kömək edə bilər. Onun fikrincə, bu texnologiya kreditlərin qiymətləndirilməsi və bank əməliyyatlarında köməkçi vasitə kimi daha geniş istifadə olunacaq.

 

İqtisadçı vurğulayıb ki, süni intellektin tətbiqi banklarda qərarvermə prosesində insan amilini tamamilə aradan qaldırmayacaq. Son qərarın yenə də bank əməkdaşları tərəfindən verilməsi nəzərdə tutulur. Buna görə də süni intellekt bankların fəaliyyətində qərarları əvəz edən deyil, onları dəstəkləyən alət kimi çıxış edəcək.

 

              

Aytən Əhmədova

#baki #maliyyələşmə #dəyişən #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər