00:00:00
Yazar
Admin User
17.11.2025 18:39 91 1 dəq oxuma
Dünya

Banqladeşin devrilmiş lideri Şeyx Hasina edam cəzasına məhkum edilib

Banqladeşin devrilmiş lideri Şeyx Hasina edam cəzasına məhkum edilib

Banqladeşin sabiq baş naziri tələbələr tərəfindən təşkil olunan etirazlara qarşı sərt tədbirlərə görə insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq edam cəzasına məhkum edilib. Məhz həmin etirazlar onun hakimiyyətdən devrilməsi ilə nəticələnib.


Şeyx Hasina etirazçılara qarşı ölümcül güc tətbiq edilməsinə icazə verməkdə təqsirli bilinib. Ötən il baş verən iğtişaşlar zamanı 1.400 nəfər həyatını itirib.

78 yaşlı Hasina, 2024-cü ilin iyulunda hakimiyyətdən devrildikdən sonra Hindistanda sürgündə olduğu üçün Banqladeşdəki Beynəlxalq Cinayətlər Tribunalı (ICT) tərəfindən qiyabi olaraq mühakimə olunub.

Prokurorlar onu etirazlar zamanı yüzlərlə qətlin arxasında durmaqda ittiham ediblər. Hasina isə bütün ittihamları rədd edərək məhkəməni “qərəzli və siyasi motivli” adlandırıb.


BBC
Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər