00:00:00
Yazar
Admin User
02.12.2025 09:30 101 1 dəq oxuma
Siyasət

Banqladeşlə Azərbaycan qarşılıqlı olaraq səfirlik aça bilərlər

Banqladeşlə Azərbaycan qarşılıqlı olaraq səfirlik aça bilərlər

Banqladeş Azərbaycanda səfirlik açmağı planlaşdırır.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Banqladeşin Azərbaycandakı qeyri-rezident səfiri Amanul Haqq bildirib.

 

Səfir deyib ki, Azərbaycana son səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin digər nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. İqtisadi, ticarət, energetika, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı üçün potensiallar müzakirə olunub.

 

Səfir bildirib ki, eyni zamanda Azərbaycanda Banqladeş sərfliyinin, Banqladeşdə isə Azərbaycan sərfliyinin açılması imkanları nəzərdən keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər