00:00:00
Yazar
Admin User
22.10.2025 17:25 139 1 dəq oxuma
Siyasət

Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfər edib

Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfər edib

 

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və digər rəsmi şəxslər qarşılayıblar.

 

Mövzu ilə əlaqədar olaraq politoloq Xəqani Cəfərli "İnformator.az" a açıqlamasında bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr günü-gündən möhkəmlənir:

 

"Baş nazir Əli Əsədovun Gürcüstana işgüzar səfərinin əsas məqsədi Tbilisidə keçiriləcək "İpək Yolu" forumunun rəsmi açılış mərasimində iştirak etmək idi. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təşəbbüsü ilə keçirilən forumda 73 ölkədən nümayəndə qatılıb. Bu faktın özü tədbirin əhəmiyyətini göstərir. İki gün davam edəcək forumun ilk günündə qlobal ticarət, nəqliyyat və logistika, Orta Dəhlizin inkişafı, energetika və rəqəmsal transformasiya mövzularında yeddi panel sessiyası təşkil olunacaq.
Bu forum Azərbaycanın logistik mərkəzə çevrilmək siyasətinin ifadə olunması baxımından önəmli platformadır. Eyni zamanda bu forum Azərbaycan-Gürcüstan və bütövlükdə Cənubi Qafqazın üç ölkəsi arasıda nəqliyyat sahəsində əməkdaşlığa müsbət təsir göstərəcək. Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması və bunun forum ərəfəsində baş verməsi də Cənubi Qafqazın üç ölkəsi arasıda nəqliyyat sahəsində əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir.
Azərbaycan - Gürcüstan münasibətləri yüksələn xətlə inkişaf edən münasibətdir və Baş nazir Əli Əsədovun səfəri də öz müsbət təsirini göstərəcək".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər