Baş nazir Əli Əsədov Tbilisidə səfərdədir
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov oktyabrın 21-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə işgüzar səfərə gedib.
Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında Baş nazir Ə.Əsədovu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili və digər rəsmi şəxslər qarşılayıblar.
Səfərdə məqsəd Tbilisidə keçiriləcək "İpək Yolu" forumunun rəsmi açılış mərasimində iştirak etməkdir.
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki:
“İpək yolu qədim zamanlardan mövcuddur. Azərbaycan bu layihənin əsas nümayəndələrindən biridir. “İpək yolu” formu ənənəvi hal almış bir formdur və beşinci ildir ki, keçirilir. “İpək yolu” formunun əsl məsələlərindən biridə iqtisadi-ticarət əməkdaşlığını genişləndirməkdir. İpək yolunun keçdiyi dövlətlər arasında əməkdaşlığa töhvə vermək, siyasi sabitliyi qorumaqdır”.
Aydan Əsgərxanlı
