Baş Prokurorluğun CHP barəsində Ali Məhkəməyə bildiriş göndərməsi nə deməkdir?
İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) ilə bağlı iddianamədəki ittihamlar çərçivəsində Cümhuriyyət Xalq Partiyası (CHP) haqqında Ali Məhkəmənin prokurorluq orqanına bildiriş göndərib. Təxminən 4000 səhifəlik iddianamənin "İstanbul Sənin" adlı mobil tətbiqlə bağlı hissəsində şəhərdə seçici məlumatlarının İBB və ona bağlı qurumlar vasitəsilə qanunsuz şəkildə toplanaraq paylaşıldığı iddia olunur.
Bu tapıntıların Türkiyə Konstitusiyasının 68 və 69-cu maddələri, həmçinin 2820 saylı Siyasi Partiyalar Qanunu çərçivəsində Yargıtay (Ali Məhkəmə) Cümhuriyyət Baş Prokurorluğuna göndəriləcəyi bildirilir. Konstitusiyanın 68 və 69-cu maddələri siyasi partiyaların qurulması, öhdəlikləri və bağlanması ilə bağlı hüquqi əsasları tənzimləyir.
BBC NEWS
Səmayə Səftərova