Baxçalının sözləri Çini hərəkətə gətirib
“Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının Türkiyə-Çin-Rusiya ittifaqının yaradılması ilə bağlı təklifini nəzərə alıb”, - bunu Çinin Türkiyədəki səfiri Çianq Şuebin deyib.
Mövzu ilə bağlı politoloq Əli Mustafa "İnformator.az"a açıqlamasında bildirib ki, dövlət başçılarının bu təklifi elə şərait də meydana çıxıb ki, o vaxt Türkiyə ilə münasibət də Qərb ölkələri, ABŞ, Avropa İttifaqının müəyyən basqıları, xoş olmayan münasibətləri var idi:
"Xüsusilə də Türkiyə təyyarələrinin verilməməsi məsələləri var idi. Eyni zamanda Suriya ilə bağlı İsrail- Türkiyə qarşıdurmasında ABŞ-nin bir qədər obyektiv olmayan yanaşmaları var idi. Belə şərait də dövlət başçıları bu təklif ilə çıxış edib. Bu təklifdən sonra dərhal Tramp Türkiyə prezidenti Ərdoğanı dəvət edib. Türkiyə-Amerika münasibətlərində donmuş məsələlər müzakirəyə çıxıb. Zaman baxımından, ola bilsin ki, bu təklif aktual deyil amma Çinin buna reaksiya verməsi təsadüfi deyil. Bu onu göstərir ki, Türkiyə Çin üçün əhəmiyyətlidir. Türkiyənin nüfuz dairəsində olan, üçlü ittifaq münasibətində Avroponika blokunun mövqeyini zəiflədə bilər. Odur ki, Avroponika bloku da Türkiyənin təhlükəsizlik maraqlarını nəzərə alırlar. Xüsusilə, son gün Britaniyanın Baş Nazirinin Türkiyəyə gəlişi uzun müddətdir ki, Türkiyənin istədiyi təyyarələrin Türkiyəyə verilməsi üçün razılığın verilməsi və s. Bütün bunlar onu deməyə əsas verirki, Qərb ölkələri də, Avropa birliyi də, Türkiyə ilə əməkdaşlığı kifayət qədər yüksək qiymətləndirir və onu Çin, Rusiya ilə yaxınlaşmasını o qədər də arzulamır. Ona görə də mən güman edirəm ki, yaxın zaman da üçlü ittifaqın yaranması real görünmür".
Günel Əlili
