00:00:00
Yazar
Admin User
18.11.2024 19:55 190 1 dəq oxuma
Dünya

Bayden G20 sammitində Lavrova müraciət edib

Bayden G20 sammitində Lavrova müraciət edib

ABŞ prezidenti Co Bayden Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə keçirilən G20 sammitində Ukraynanı açıq şəkildə dəstəkləyib. "İnformator.az" xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

 “ABŞ Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Və bu masada olan hər kəs də bu dəstəyi təmin etməlidir”, - deyə Bayden Amerika prezidenti ilə üzbəüz oturan Lavrova müraciət edərək bildirib.

Bayden həmçinin Rusiyanı ərzaq qiymətlərində rekord artıma görə günahlandırıb.

Bundan əvvəl Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib. 

 

Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər