00:00:00
Yazar
Nigar Həsənzadə
22.02.2026 23:08 9 1 dəq oxuma
Dünya

"Baykar" Afrikada dron istehsalına başlayır

"Baykar" Afrikada dron istehsalına başlayır

Dünyanın ən böyük hücum dronları istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti Mərakeşdə istehsal müəssisələrinin yaradılması layihəsinə 250 milyon dollar sərmayə qoymağı planlaşdırır.

 

"İnformator.az" “Türkiye” qəzetinə istinadən xəbər verir ki, “Baykar”ın Afrika qitəsindəki ilk törəmə şirkəti bu il “Atlas Defense” adı altında fəaliyyətə başlayacaq.

 

Nəşrin məlumatına görə, “Atlas Defense” şirkətinin yaradılması ilə bağlı razılaşma 2024-cü ildə əldə edilib və ilk PUA-lar bu ilin sonuna qədər Mərakeşin Ben Sliman şəhərində konveyerdən çıxacaq. “Atlas Defense” şirkəti artıq işçilərin qəbuluna başlayıb.

 

Həmçinin Mərakeşdə “Bayraktar TB2” və “Akıncı” hücum PUA-ların istehsal edilməsi planlaşdırılır.

#afrikada #baki #yeni #başlayır #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər