00:00:00
Yazar
Admin User
23.09.2025 17:07 86 2 dəq oxuma
Siyasət

BB, Kanada və Avstraliyanın Fələstini tanıması və beynəlxalq reaksiyalar

BB, Kanada və Avstraliyanın Fələstini tanıması və beynəlxalq reaksiyalar

Böyük Britaniya, Kanada və Avstraliya rəsmi şəkildə Fələstin dövlətini tanıdıqlarını elan ediblər. Qərar iki dövlətli həll modelinə dəstək vermək və Yaxın Şərqdə sülh prosesinə ümid yaratmaq məqsədi daşıyır.

 

Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Böyük Britaniya Fələstin dövlətini BMT-nin qəbul etdiyi 117 saylı qətnaməyə əsasən tanıyıb:

 

“BMT-yə üzv olan 193 dövlətdən 117-si artıq Fələstini tanıyıb. Sonrakı illərdə bu proses davam etdi və hazırda 150-dən çox dövlət Fələstini müstəqil dövlət kimi qəbul edir. İndiyədək əsasən Qərb blokuna daxil olan G7 ölkələri bu addımı atmırdı. Lakin Böyük Britaniya, Kanada və Avstraliyanın Fələstini tanıması beynəlxalq münasibətlərdə mühüm dönüş nöqtəsi hesab olunur. Bu, həm də BMT-nin yaranmasının 80 illiyi fonunda xüsusi rəmzi məna daşıyır".

 

Politoloq qeyd edib ki, İsrail bu qərarı kəskin tənqid edərək G7 ölkələrinə təzyiq göstərməyə çalışıb. İsrail hökuməti Fələstinin tanınmasının “terror qarşısında kapitulyasiya” olduğunu bəyan edib. Lakin buna baxmayaraq, Avropa daxilində dəstək mövqeləri artır:

 

“Xüsusilə Fransada vəziyyət maraqlı hal alıb. Fransa prezidenti İsrailin siyasətini tənqid edib və hətta rəsmi Tel-Əvivin bəzi davranışlarını antisemitizm ittihamı ilə əlaqələndirib. Fransa daxilində yəhudi icmasına münasibətlə bağlı yaranan gərginliklərdən sonra Paris hökumətinə çoxsaylı etiraz notaları göndərilib. Bu da göstərir ki, Avropa ölkələri arasında İsrailə münasibətdə parçalanma güclənir", – deyə Yusif Bağırzadə əlavə edib.

 

Ekspertin sözlərinə görə, HƏMAS da məsələyə öz mövqeyini bildirib. Qruplaşma Fransa prezidenti Emmanuel Makrona mesaj göndərərək, Fələstinin tanınması halında İsrailin nəzarətində olan əsirlərin azad ediləcəyini vəd edib. Bu isə qərbin bəzi dairələrində mövqelərin yumşalmasına təsir edə bilər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər