00:00:00
Yazar
Admin User
15.08.2025 13:10 125 1 dəq oxuma
Siyasət

Belə olsa, Tramp zəif lider kimi görünəcək

Belə olsa, Tramp zəif lider kimi görünəcək

Əgər atəşkəs əldə olunsa və Putin Ukraynanın qalan hissəsini ələ keçirmək üçün bu atəşkəsi pozsa, Tramp həqiqətən çox zəif lider kimi görünəcək.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu ABŞ-nin Ukraynadakı keçmiş səfiri Con Herbst deyib. Herbst görüş ərəfəsində Trampın strategiyasında dəyişiklik müşahidə edildiyini də qeyd edib:

 

“Tramp bu həftənin əvvəlində dedi ki, Putinin sülh istəyib-istəmədiyini anlamağa çalışacaq. Bu gün isə əlavə etdi ki, əgər Putin sülhə doğru addım atmasa, ciddi nəticələr olacaq. Bu da onu göstərir ki, Ağ Ev Putinin hələ də inadkar mövqe tutduğunu anlayır və bu da görüşün real sülhə doğru irəliləyiş gətirmə ehtimalını azaldır”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər