00:00:00
Yazar
Admin User
13.10.2025 18:43 223 1 dəq oxuma
Siyasət

Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb

Belarus ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi yoxlanılıb

Şübhəsiz ki, regionda gərginlik artmaqdadır və Balarus ordusunun aktiv vəziyyətə gətirilməsi də həmin durumla əlaqədardır.


Məsələ ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Belarusun təhlükəsizliklə bağlı gəldiyi qənaət qonşu ölkələrin narahatlığına səbəb olsa da Rusiyanın orbiti kimi bundan yan keçə bilməz:


"Təbii ki, bu durumu Belarusiya öz təhlükəsizliyini qorumaqla əsaslandıra bilər. Amma məlumdur ki, son ərəfədə Rusiyaya qarşı Qərb silahları ilə üstünlük əldə edilməsi onun müttəfiqlərini daha da hərəkətə keçirib. Qərbin yanlış siyasəti və əsasən də ABŞ-nin məsələyə anormal yanaşması bu müharibənin uzanmasına, dəhşətli ölümlərə səbəb olub. Balarusun son ana qədər Rusiyanın yanında olması şübhəsizdir. Lakin Avropa İttifaqı ölkələri və ABŞ-nin Rusiya qarşısında acizliyi tamamilə üzə çıxdı və Ukraynanı məğlub duruma salaraq indi də sülhə getməsini istəyirlər".


Salahova Gülcan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər