00:00:00
Yazar
Admin User
10.11.2025 15:31 113 1 dəq oxuma
Siyasət

Belarus XİN: Litva sərhədi bağlamaqla siyasi xal qazanmaq istəyir

Belarus XİN: Litva sərhədi bağlamaqla siyasi xal qazanmaq istəyir

Belarusun xarici işlər naziri Maksim Rıjenkov bildirib ki, Litva Belarusla sərhədi bağlamaqla siyasi dividendlər əldə etməyə çalışır.

 

Nazir “Pervıy” telekanalına açıqlamasında deyib ki, Litva Avropaya “biz barbar ordularını dayandırırıq, bizə hörmətlə yanaşın və kömək edin” mesajını vermək istəyir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kazım Kazımov bildirib ki,ümumiyyətlə, unutmayaq ki, Belarusiya artıq Avropa baxış bucağından yanaşdıqda tamamilə Rusiya ilə eyni şəkildə assosiasiya olunur:

 

"Əlbəttə, mən bunu düzgün hesab etmirəm. Çünki Belarusiyanın Rusiya ilə yaxın münasibətləri olsa da, xarici siyasət məsələlərində bir çox hallarda fərqli mövqe sərgilədiyini yaxşı bilirik. Bu baxımdan, Belarusiyanı tam şəkildə Rusiya ilə eyniləşdirmək düzgün yanaşma deyil.

 

Lakin Litvanın bu addımına baxdıqda görünür ki, Litva daha çox siyasi risklərdən ehtiyatlanır. Avropa mətbuatına nəzər salanda Belarusiyaya qarşı ciddi təbliğatın aparıldığını görmək olur. Bu da Litvanı daha ehtiyatlı davranmağa məcbur edir. Mən hesab edirəm ki, Litva bu səbəbdən, yəni öz təhlükəsizlik narahatlıqları səbəbilə sərhədləri bağlamaq qərarına gəlib.

 

Bu qərarın regiona təsirinə gəldikdə isə, qeyd etməliyəm ki, regionda onsuz da sabitlik yoxdur. Rusiya-Ukrayna müharibəsi davam edir və bu qanlı proses fonunda Belarus ilə Qərb arasında qarşılıqlı ittihamlar da vəziyyəti daha da gərginləşdirib. Mən düşünürəm ki, Litvanın bu addımı regiondakı gərginliyi bir qədər də artıracaq".

 

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər