00:00:00
Yazar
Admin User
19.09.2025 18:08 111 2 dəq oxuma
Siyasət

"Belçika Aİ-nin Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir"

"Belçika Aİ-nin Azərbaycanla bağlı gündəliyini tam dəstəkləyir"

Belçika şirkətləri Avropa İttifaqı və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsində iştirak etməyə hazırdır.

 

Məsələ ilə bağlı politoloq Telman Nüsrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, artıq dünyada yeni bir düzən, nizam formalaşmaqdadır.

 

“Yəni, artıq köhnə nizam mövcud deyil və təbii ki, çoxqütblü bir dünya reallığı ortaya çıxır. Təhlükəsizlikdən iqtisadi maraqlara qədər ölkələr artıq çoxşaxəli addımlar atmaq məcburiyyətində qalır, iqtisadi maraqları ön plana çəkirlər. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın yollar və dəhlizlər baxımından mühüm mövqeyə malik olan, iqtisadi resurslara sahib, coğrafiyasını aşan demoqrafik potensialı ilə strateji əhəmiyyətini artırır və müxtəlif ölkələrin diqqətini cəlb edir. Ona görə də Azərbaycanla əməkdaşlıq daha gəlirli, daha praqmatik və real nəticələr verən tərəfdaşlıq kimi ön plana çıxır. Məhz bu səbəbdən ölkələr, o cümlədən Belçika, Azərbaycanla əməkdaşlığı genişləndirməyə çalışırlar.

Belçikanın qəbul etdiyi qərar, əlbəttə ki, yeni geosiyasi reallıqların dərk olunması və qəbul edilməsi fonunda baş verir. Avropanın önəmli hissəsinə Azərbaycan qazının verilməsi məsələsi aktuallaşır. Amerika isə Avropadan tələb edir ki, Rusiyadan neft və qaz alımını tamamilə dayandırsın. Bu səbəbdən Avropanın enerji təminatını şaxələndirməyə böyük ehtiyacı var. Orta Asiya və Türküstanın nadir elementlərinə, yeraltı sərvətlərinə çıxış əldə etmək Avropa üçün olduqca vacibdir. Bu baxımdan Avropa, o cümlədən Belçika və digər ölkələr daha praqmatik siyasət yürütməyə başlayırlar. Böyük ehtimalla Fransa da bu prosesə qoşulacaq və 44 günlük Vətən müharibəsindən sonra həyata keçirdiyi ənənəvi anti-Azərbaycan siyasətindən imtina edəcək".

 

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər