00:00:00
Yazar
Admin User
14.10.2025 04:24 122 1 dəq oxuma
Dünya

Belçika hərbiləşdirmə üçün plan hazırlayır

Belçika hərbiləşdirmə üçün plan hazırlayır

Belçika Avropa İttifaqı və NATO-nun hərbi xərcləri artırmaq planlarının bir hissəsi olaraq 34 milyard avroluq genişmiqyaslı hərbiləşdirmə planı hazırlayır.

 

"İnformator.az" xəbər verir ki, bunu "TASS"a müsahibəsində Rusiyanın Belçikadakı səfiri Denis Qonçar deyib.

 

"Bu plan astronomik 34 milyard avro dəyərində silah və avadanlıq alınmasını nəzərdə tutur. "Friqat", "Patriot" hava hücumundan müdafiə sistemləri, "SAMP/T", "NASAMS", "Skyranger", "Piorun MANPADS", helikopterlər, "SkyGuardian MQ-9B" kəşfiyyat və hücum PUA-ları, piyada döyüş maşınları, yük maşınları və 2000 pilotsuz uçuş aparatı da daxil olmaqla siyahı heyranedicidir.

 

"F-16"ları əvəz edəcək "F-35" qırıcılarının donanmasının 45 ədədə çatdırılması qərara alınıb. Bunlar da (F-16-ları nəzərdə tutur) öz növbəsində istifadə üçün Ukrayna Silahlı Qüvvələrinə verilməsi planlaşdırılır", - o deyib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər