00:00:00
Yazar
Admin User
29.05.2024 19:13 309 1 dəq oxuma
Dünya

Belçikada polis etiraz aksiyalarında su şırnaqlarından istifadə edib

Belçikada polis etiraz aksiyalarında su şırnaqlarından istifadə edib

Belçika polisi İsrailin Brüsseldəki səfirliyi yaxınlığında tələbə etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Bu barədə RİA Novosti məlumat yayıb.

 

Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş atdıqdan sonra polis onları zorla çıxarmağa başlayıb.

 

Qeyd olunur ki, etirazçılar İsrail səfirliyinin binasından geri çəkilərək qonşu küçələrdə aksiyalarını davam etdiriblər. Polis diplomatik nümayəndəlik ərazisində nəqliyyatın hərəkətini bağlayıb.

 

Qeyd edək ki, ayın 1-də Kolumbiya prezidenti Qustavo Petro İsraillə diplomatik münasibətləri kəsdiyini elan edib. O qeyd edib ki, Təl-Əviv və Boqota arasında münasibətlər “soyqırımçı İsrail hökuməti və prezidenti” və onların Qəzza zolağındakı hərəkətləri səbəbindən xeyli pisləşib.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər