00:00:00
Yazar
Admin User
10.11.2025 04:56 156 1 dəq oxuma
Dünya

Belçikadakı "Dul" AES üzərində üç dron müşahidə olunub

Belçikadakı "Dul" AES üzərində üç dron müşahidə olunub

Belçikada "Dul" Atom Elektrik Stansiyası (AES) üzərində üç naməlum pilotsuz uçuş aparatı müşahidə edilib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə yerli enerji şirkətinin - "Engie"nin nümayəndəsinə istinadən "Belga" agentliyi məlumat yayıb.

 

"Saat 22:00 radələrində (Bakı vaxtı ilə 01:00) Dul" AES-də üç pilotsuz uçuş aparatı müşahidə olunub", – deyə agentlik qeyd edib.

 

"Bu hadisə stansiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. Müvafiq xidmətlər vəziyyəti nəzarətdə saxlayır", – deyə enerji şirkətinin nümayəndəsi bildirib.

 

Bazar günü axşam isə Liej Hava Limanında da üç PUA səbəbindən uçuşlar yarım saatlıq dayandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər