00:00:00
Yazar
Admin User
27.05.2025 18:00 143 1 dəq oxuma
Dünya

Belçikanın xarici işlər naziri İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Belçikanın xarici işlər naziri İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Belçikanın xarici işlər naziri Maksim Prevot İsrailin Qəzzanı blokadaya almasının hərbi cinayət olduğunu vurğulayaraq, İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı təkliflərin hökumətə təqdim edildiyini bildirib.

 

Prevot milli mediaya verdiyi müsahibədə "Biz soyqırımdan danışana qədər Qəzzada başqa hansı vəhşiliklərin baş verəcəyini bilmirəm",- dedi. 

 

Qəzzadakı vəziyyəti pisləmənin artıq kifayət etmədiyini vurğulayan Prevot, "İsraili dəyişikliyə doğru sövq etmək üçün konkret addımlara ehtiyacımız var",- ifadəsini işlətdi.

 

"Qəzzadan gələn görüntülər qəzəb doğurur. Blokada utancvericidir və əhalinin qəsdən ac qalması müharibə cinayətidir", - Prevot deyib. 

 

Belçika Xarici İşlər naziri sözünə davam etdi:

 

"Hökumətə İsrailə qarşı sanksiyalar da daxil olmaqla bir sıra tədbirlər təqdim olunub. Qəzzada uşaqlar aclıqdan ölməməsi üçün blokada yarılmalıdır".

 

Prevot həm Qəzzada, həm də İordan çayının qərb sahilində insan hüquqlarının pozulmasının qarşısını almaq üçün sanksiyaları dəstəklədiyini bu sözlərlə ifadə edib:

 

"Mən İordan çayının qərb sahilində fələstinliləri evlərini tərk etməyə məcbur edən köçkünlərə qarşı sanksiyaları dəstəkləyirəm. Qəzza münaqişəsinin hər iki tərəfinin hərbi və siyasi liderlərinə qarşı sanksiyaları dəstəkləyirəm".

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər