00:00:00
Yazar
Admin User
22.09.2025 18:11 103 1 dəq oxuma
Siyasət

Belqraddakı hərbi parad

Belqraddakı hərbi parad

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev Serbiyanın paytaxtı Belqradda keçirilən hərbi paradda iştirak edib. O, Serbiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milan Moysiloviçin dəvəti ilə tədbirə qatılıb.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki,Belqradda keçirilən hərbi parad kimi digər tədbirlər də ölkələr arasında siyasi münasibətlərə təsir edir:

 

"Xüsusi proqram üzrə davam edən hərbi təlimlərdən biridir. Təbii ki, belə təlimlər hərbi təcrübə mübadiləsinə, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə müvəffəq olur. Eyni zamanda siyasi bir mesaj da daşıyır bütün hərbi təlimlər öz-özlüyündə. Azərbaycan heyəti  onlarla beynəlxalq hərbi təlimlərdə iştirak edir. Bu kimi hallarda təbii ki, digər təlimə qoşulan ölkələrlə həmrəylik mesajı bildirilir".

 

Aişə Mustafayeva 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər