Beynəlxalq Sağlamlıq Qaydalarında edilən dəyişikliklər qüvvəyə minib
19 sentyabr 2025-ci ildən etibarən Beynəlxalq Sağlamlıq Qaydalarına (IHR, 2005) edilən dəyişikliklər qüvvəyə minir. Bu dəyişikliklər COVID-19 pandemiyasından öyrənilən dərslərə əsaslanaraq qlobal səhiyyə fövqəladə halları ilə bağlı əməkdaşlığı gücləndirməyi hədəfləyir.
Beynəlxalq Sağlamlıq Qaydaları (IHR, 2005) 196 ölkə üçün hüquqi çərçivə yaradan qlobal müqavilədir. Bu ,qaydalar yoluxucu xəstəliklər və digər ictimai səhiyyə təhlükələrinin sərhəd tanımadığını qəbul edir və onların qarşısını almaq, aşkar etmək və cavab tədbirləri görmək üçün beynəlxalq əməkdaşlığı zəruri hesab edir.
Qaydaların əsası ilk dəfə 19-cu əsrdə beynəlxalq ticarət və səyahətin genişlənməsi nəticəsində yayılan xəstəliklərə cavab olaraq qoyulmuşdu. O vaxtlar ölkələr arasında razılaşdırılmış karantin tədbirləri görülüb.1951-ci ildə ÜST yarandıqdan sonra bu təşəbbüslər “Beynəlxalq Sanitariya Qaydaları” adı ilə birləşdirilib və sonradan hazırkı IHR (2005) formasını alıb.
Dəyişikliklər dövlətlərin səhiyyə fövqəladə hallarını daha tez aşkar etməsini, məlumat paylaşmasını və cavab tədbirlərini sürətləndirməsini təmin etmək üçün nəzərdə tutulub. Yeni qaydalar həmçinin ölkələrin öz səhiyyə sistemlərini gücləndirməsini və beynəlxalq yardımla daha səmərəli əməkdaşlıq etməsini dəstəkləyir.
World Health Organization
Ədilə Hüseynzadə
