Bəhreyn Suriyadakı əməliyyatlarına qoşulmağa hazırdı
Krallıq Səudiyyə Ərəbistanı ilə birlikdə fəaliyyət göstərə bilər.
Bəhreyn İŞİD terrorçularına qarşı mübarizə aparmaq üçün ABŞ rəhbərlik etdiyi koalisiyaya qoşulmaq üçün quru qoşunlarını göndərməyə hazırdır.
İnformator.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bəhreynin Britaniyadakı səfiri Şeyx Favaz bin Məhəmməd əl-Xəlifə açıqlamasında deyib ki, krallıq Səudiyyə Ərəbistanı ilə birlikdə fəaliyyət göstərə bilər.
O eyni zamanda əlavə edib ki, Birləşmiş Ərəb Əmirlikləri də əməkdaşlığa hazırdır.
