00:00:00
Yazar
Admin User
22.05.2023 12:22 239 1 dəq oxuma
Dünya

Bill Qeytsin hamıdan gizlətdiyi rus qadınla münasibəti ortaya çıxdı

Bill Qeytsin hamıdan gizlətdiyi rus qadınla münasibəti ortaya çıxdı
Epsteinin məxfi yazışmalarına çatan ABŞ mediası məşhur iş adamının "Microsoft”un qurucularından olan Bill Qeytsi "Rus qadınla münasibətinizi açıqlayacam” deyərək hədələdiyini üzə çıxarıb.
 
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın nüfuzlu qəzetlərindən olan Wall Street Journal insan alveri, fahişəlik və cinsi istismar kimi cinayətlərdə ittiham olunan Epsteynin məxfi yazışmalarını dərc edib. Sənədlərdə Epsteyninn Microsoft-un həmtəsisçilərindən və dünyanın ən zəngin adamlarından biri kimi tanınan Bill Qeytsi hədələdiyi ortaya çıxıb. Yazışmalarda bir müddət əvvəl evli olan Qeytsin rusiyalı aktrisa ilə münasibətdə olduğu bildirilir.

Qeyd edək ki, Qeyts 2010-cu ildə Antonova ilə tanış olub və həmin vaxt cütlük turnirdə birlikdə yarışıb. Antonova daha sonra San Fransiskoya köçüb və proqram mühəndisi kimi işləməyə başlayıb.
 
Antonova bildirib ki, o və Qeyts sadəcə dost olublar və 2010-cu ildə onun Qeytslə çəkdirdiyi fotonu əks etdirən video yayımlayıb. Sənədlərdə Epsteyn Antonova ilə körpü akademiyasına maliyyəçi axtararkən tanış olduğu və Epsteyn sonradan proqram kodlaşdırma məktəbinin pulunu da ödədiyi bildirilir.
 
Wall Street Journal-a danışan Antonova deyib: "Mən onunla tanış olanda Epsteynin əslində kim olduğunu bilmirdim. Mən onu sadəcə kömək etmək istəyən uğurlu iş adamı kimi tanıyırdım. Epsteynə və onun etdiklərinə nifrət edirəm”.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər