00:00:00
Yazar
Admin User
13.10.2025 15:17 111 1 dəq oxuma
Siyasət

"Birlik – 2025" birgə təliminin koordinasiya toplantısı keçirilib

"Birlik – 2025" birgə təliminin koordinasiya toplantısı keçirilib

Özbəkistanın Səmərqənd vilayətində "Birlik-2025" birgə regional təliminin koordinasiya toplantısı keçirilib.

 

Bu barədə "İnformator.az"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

 

Təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış olublar.

 

Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr tərəfindən icra edilib.

 

"Birlik-2025" regional təlimində Azərbaycanın komando və PUA heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14 fəaliyyətin icrasında iştirak edəcəklər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər