00:00:00
Yazar
Admin User
18.09.2025 16:15 109 2 dəq oxuma
Siyasət

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb

 

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

 

Mövzu ilə bağlı politoloq Vüqar Əhmədov "İnformator.az"a açıqlamasında bildirib ki,Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında çox yaxşı və strateji əlaqələr formalaşmışdır. 

 

“Azərbaycan Prezidenti qonağı rəsmi qəbul edərkən qarşılıqlı səfərlərin daimi xarakter daşıdığını vurğulamışdır. Bu isə onu göstərir ki, hər iki ölkənin əlaqələri qarşılıqlı maraq və dostluq münasibətləri əsasında qurulur. Azərbaycanın müsəlman ölkələri ilə qurduğu əməkdaşlıq çox önəmlidir, həm Birləşmiş Ərəb Əmirlikləri, həm Azərbaycan neft və qaz ölkəsidir və hər iki dövlət yaşılı və bərpa olunan enerjiyə böyük sərmayələr yatırır və birgə layihələr icra edir. Bu isə onu göstərir ki, həm BƏƏ, həm Azərbaycan qlobal miqyasda mühüm enerji dövlətlərdir. Ərəb körfəzində BƏƏ Azərbaycanın ən etibarlı tərəfdaşlarından biridir və beynəlxalq təşkilatlarda ortaq maraqlardan çıxış edirlər.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın məhz Qarabağ bölgəsinə səfəri də müsbət bir hadisə sayıla bilər. Qarabağın təbiəti, zəngin və qədim mədəniyyəti Ərəb dünyasının çox diqqətini çəkir və bu imkan verir ki, digər körfəz ölkələri və BƏƏ gələcəkdə Qarabağa əsas sərmayə qoyan ölkəyə çevrilsin. Xüsusən yaşıl və bərpa olunan enerji iki ölkə arasında prioritet sahələrdən hesab olunur. Gələcəkdə Azərbaycan körfəz ölkələri üçün yaşıl keçid üçün əsas tranzit ölkə rolunu da oynamağa israrlıdır. BƏƏ Prezidenti səfəri zamanı öz çıxışında Cənubi Qafazda sülhün və sabitliyin olmasının zəruriliyindən də danışıb.

Səfəri isə ümumilikdə çox zəngin hesab etmək olar. Səfərin proqramı, təqdimatlar, Azərbaycanın zəngin mədəniyyəti ilə tanışlıq əminəm ki, BƏƏ nümayəndə heyətində dərin təəssüratlar buraxdı. Ümumiyyətlə Qarabağ bölgəsinə Azərbaycana ən yaxın münasibətdə olan dövlətlərin başçıları səfərlər edir, BƏƏ də bu ölkələrdən hesab olunur. Bu səfər iqtisadi və ticari, qarşılıqlı sərmayə və ticarətin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. BƏƏ üçün Azərbaycan bölgədə çox önəmli bir ölkədir və Azərbaycanda çox əlverişli investisiya və biznes mühiti vardır. Bütün bunlar Qarabağın da inkişafına və dirçəlməsinə təkan vermiş olacaq. Əlbəttə ki, bu investisiyaların və tərəfdaşlığın bizim iqtisadiyyata və ölkəmizin qlobal enerji bazarında nüfuzunun artmasına böyük təsiri vardır”.

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər