“Biz burada hakim deyilik, Ukraynanın müdafiəçiləriyik"
Almaniyanın xarici işlər naziri Johann Wadephul Rusiya və Ukrayna müharibəsi ilə bağlı onların hakim deyil, Ukraynanın müdafiəçilər olduğunu bildirib.
Dünən başlayan Avropa Birliyi (AB) Xarici İşlər Nazirlərinin Görüşü çərçivəsində Brüsseldə olan Wadephul jurnalistlərin suallarını cavablandırıb. Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün ABŞ-nin hazırladığı 28 maddəlik planın qiymətləndirilməsi ilə bağlı suala Vadeful "bu planı Ukrayna və Rusiya arasında təcili müzakirə edilməli olan məsələlərin siyahısı kimi görür" cavabını verib. Wadephul bunu yekun plan hesab etmədiyini və ABŞ-nin hər iki tərəfi danışıqlar masası arxasına gətirmək səylərini alqışladığını bildirib.
Ukraynanın bu məsələlərdə güclü danışıqlar mövqeyindən çıxış etməsini təmin etmək istəklərini vurğulayan Wadephul sözünə davam edib:
"Hansı güzəştlərə getməyi Ukrayna qərar verəcək. Rusiya öz qərarlarını verdiyi kimi. Biz burada hakim deyilik, amma Ukraynanın müdafiəçiləriyik. Çünki Ukrayna öz azadlığını və Avropanın azadlığını müdafiə edir".
TRT Xəbər
Xədicə Məhərrəmli