“Biz Fələstində ilhaqın əleyhinəyik”
Qahirədə Misirlə strateji ortaqlıq müqaviləsi imzalayan Makron fələstinlilərin köçürülməsinə, İordan çayının qərb sahili və Qəzzada ilhaq edilməsinə qarşı olduqlarını bildirib.
Misirə səfər edən Fransa Prezidenti Emmanuel Makron paytaxt Qahirədə verdiyi açıqlamada Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin köçürülməsinə və ya bu ərazilərin ilhaqına qəti şəkildə qarşı olduqlarını bildirib. “Bu, beynəlxalq hüququn pozulması və bütün regionun, o cümlədən İsrailin təhlükəsizliyinə ciddi təhdid olardı”, – deyə Makron bildirib.
Mənbə:CNN Türk
Əminə Əliyeva