00:00:00
Yazar
Admin User
30.10.2023 08:23 308 3 dəq oxuma
Sosial

Biz süni şəkildə şagird sıxlığını yaradıb tədrisin keyfiyyətini aşağı sala bilərik

Biz süni şəkildə şagird sıxlığını yaradıb tədrisin keyfiyyətini aşağı sala bilərik

Bildiyimiz kimi məktəblərdə şagird yerdəyişməsi 17 oktyabrda başlayıb və artıü 31 oktyabrda bitir. Son 2 gün qalıb, amma bəzi valideynlər problem yaşayırlar. Problem ondan ibarətdir ki, bir valideyn kiçik oğlunu yeni köçdüyü ərazidə məktəbə yerləşdirib, amma ikinci uşağına sistemdə yer yoxdur. Qadın tək işlədiyi və tək yaşadığı üçün uşaqlarını fərqli məktəblərə qoya bilmir. Bəs valideyn ne etməlidir? Belə olan halda nazirlik hansı qərarı verir?

 

Məsələ ilə bağlı təhsil eksperti informator.az-a açıqlamasında bildirib ki, hazırda ölkənin 4432 orta təhsil məktəbində 1600000 şagird təhsil alır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş şagirdlərin bir sinifdən digər sinfə keçmə qaydalarına əsasən şagirdlər il ərzində bir neçə dəfə yerlərini dəyişə bilərlər. Yəni bu yerdəyişmə həm məktəb daxilində ola bilər, həm də bir məktəbdən başqa məktəbə. Və artıq bir neçə ildir ki, bu elektron qaydada həyata keçirilir, yəni şagirdlərin yerdəyişməsi əvvəllər valideynlər tərəfindən hər hansı bir məktəbdən razılıq alma yolu ilə həyata keçirilirdisə, indi sy.edu.az portalı vasitəsilə həyata keçirilir. Hər bir valideyn bu portalda qeydiyyatdan keçəndən sonra burda özünə kabinet yaradır, uşağı qeydiyyatdan keçirir, məktəbə sorğu göndərir və sorğu göndərəndə artıq bilir ki, həmin məktəbdə boş yer var, yoxsa yoxdur. Yəni burda proses bir neçə hissədən ibarətdir. 10 və 11-ci siniflər istisna olmaqla sorğunu məktəblər təsdiq edir. Amma 10 və 11-ci siniflərdə Regional Təhsil idarəsi bu sorğuları cavablandırır.


Kamran Əsədov qeyd edib ki, valideyn yerdəyişmə üçün əsaslı səbəbli olaraq bunu etməlidir.

 

"Biz bəzən görürük ki, valideynlər hansısa ciddi səbəb olmadan şagirdlərin yerdəyişməsi müraciətini edirlər. Yuxarı siniflərdə əsas səbəblərdən biri kimi valideynin yaşayış yerini dəyişməsi əsas götürülür. Və portalda qeydiyyatdan keçəndə sinifdə boş yer varsa, valideynin sorğusuna müsbət cavab verilir. Əgər boş yer yoxdursa, növbəyə yazılma imkanından istifadə olunur, yəni valideyn orada növbəyə yazılır, sinifdə boş yer açılarsa , o zaman müsbət cavab verilir.


Ekspertin sözlərinə görə bəzən valideynlər sinifdə boş yer olmayanda da növbəyə yazılırlar və narazılıqlarını bildirirlər.


"Bilirsiniz ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən sinfin kvadratmetrinə uyğun olaraq şagird sayı nəzərdə tutulur. Biz hal-hazırda məktəblərdə sinifdə şagird sıxlığından narazıyıq və düşünürük ki, normadan artıq şagird yüklənir. Həqiqətən də Bakının bir neçə rayonunda, xüsusilə Xətai, Nərimanov, Yasamal ərazisindəki məktəblərdə hədsiz dərəcədə şagird sıxlığı var. Bu da normal tədrisi təşkil etməyə imkan vermir. Və biz də bu sıxlığa baxmayaraq hesab edirik ki, uşaqlar məktəbə qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının Təhsil haqqında qanununa görə şagirdlərin təhsil alma hüququ var və dövlət icbari təhsili təmin etməlidir, həmçinin istedadlı şagirdlər öz bilik və bacarıqlarına uyğun mütləq şəkildə məktəbə qəbul edilməlidir. Amma mütləq şəkildə burda yer olmalıdır ki, biz narazılıq bildirməyək. Şagird sıxlığı müşahidə edilirsə, həmin məktəblərdə sinifdə yerin açılması digər şagirdlərin də təhsil alma hüququnu məhdudlaşdırır.


Həmçinin ekspert qeyd edib ki, istisna hallar var, əgər ailədə bu və ya digər sosial həssas qruplardan olan varsa, bunu mütləq şəkildə sənədlərlə müvafiq portala yükləyib müsbət cavab almaq olar.


"Amma yenə də deyirəm, burda təkcə valideynin istəyi əsas amil deyil, digər təhsil alanların da hüquqları məhdudlaşdırılmamalıdır. Yəni biz süni şəkildə şagird sıxlığını yaradıb tədrisin keyfiyyətini aşağı sala bilərik, bu ən vacib amillərdən biridir".

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər