00:00:00
Yazar
Admin User
13.11.2025 17:50 122 2 dəq oxuma
Siyasət

Biz torpaqlar itiririk, düşmən güc toplayır

Biz torpaqlar itiririk, düşmən güc toplayır

Zaporoje vilayətində vəziyyətin sabitləşməsi Ukrayna ordusunu gücləndirmək üçün əlavə resursların olub-olmamasından asılı olacaq, bunu ukraynalı hərbi ekspert Vladislav Seleznyev bildirib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, son vaxtlar Rusiyanın hücumları xeyli kəskinləşib:

 

"Böyük hərbi və canlı qüvvə Ukrayna cəbhəsinə səfərbər olunub. Bu isə, təbii ki, Ukrayna üçün müəyyən çətinliklər yaradır. Çünki canlı qüvvə baxımından Ukrayna Rusiyadan zəifdir. Hazırda bir sıra istiqamətlərdə – o cümlədən Zaporojye, Pokrovsk və Kupyanskda rusların hücumlarının artdığını müşahidə edirik. Bununla belə, Ukrayna Silahlı Qüvvələri hələlik müdafiə xəttini qorumağı və müqavimət göstərməyi bacarır. Əlbəttə, burada Ukraynanın texniki imkanları, xüsusən də dronlardan istifadəsi mühüm rol oynayır. Amma bütün hallarda Rusiyanın təzyiqləri artıb və hücumların miqyası əvvəlki modellərdən daha geniş görünür. Son günlər Ukrayna tərəfi müəyyən çətinliklərlə üzləşsə də, müdafiəsini davam etdirir. Onsuz da Ukraynanın başqa yolu yoxdur, çünki söhbət onun itirdiyi legitim ərazilərindən gedir.Məlumata görə, təkcə Pokrovsk istiqamətində Rusiyanın 150 minə qədər canlı qüvvəsi cəmlənib. Həmçinin Zaporojye istiqamətində də ordunun sayının artırıldığı bildirilir. Bu, müəyyən qədər güc balansına təsir göstərir. Lakin hələlik cəbhə xəttinin dağılması və ya Rusiyanın ciddi uğur əldə etməsi müşahidə olunmur. Sadəcə olaraq, rus hücumlarının intensivliyi artıb demək olar.Ukrayna tərəfi çətinliklərlə üzləşsə də, müdafiəsini davam etdirir. Hesab edirəm ki, mövcud vəziyyəti nəzərə alaraq Ukraynanın Qərb müttəfiqləri də onun müdafiəsini gücləndirmək üçün əlavə səylər göstərəcəklər".


Qəmər Kazımzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər