"Biz Ukraynanın sülh haqqında memorandumunu almışıq"
Rusiya prezidenti Vladimir Putinin müşaviri və İstanbuldakı danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukrayna tərəfinin həll yolu ilə bağlı memorandumunu aldıqlarını açıqlayıb.
Medinski, Russia Today-ə verdiyi açıqlamada, sənədin Ukrayna və İngilis dillərində verildiyini ifadə edərək, "Rusiya heyəti daha əvvəl Ukraynadan sülh yolu ilə həll memorandumunun variantını aldı",- dedi.
Fərqli dildə olan sənədin onlar üçün problem olmadığını deyən Medinski sənədin əsas məqamlarının Qərb mətbuatında dərc olunduğunu qeyd edib.
Medinski həmçinin bildirib ki, Rusiya Ukrayna ilə bağlı həll yolu ilə bağlı mövqeyini bu gün açıqlayacaq.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli