00:00:00
Yazar
Admin User
21.06.2025 19:36 86 1 dəq oxuma
Dünya

"Bizim borcumuz ixtilafları bir kənara qoymaq və birləşməkdir"

"Bizim borcumuz ixtilafları bir kənara qoymaq və birləşməkdir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam dünyasının qarşıdakı çətinlikləri dəf etmək üçün birləşməsinin vacibliyini bildirib. Bu fikirləri Türkiyə lideri İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında çıxışı zamanı səsləndirib.

 

Türkiyə Prezidenti xatırladıb ki, Qəzza zolağında yaşayan 2 milyon fələstinli qardaş və bacı artıq 21 aydır ki, nasistlərin konslagerlərini belə geridə qoyan şəraitdə sağ qalmaq uğrunda mübarizə aparır.

 

“İsrailin Qəzza zolağında, Livanda, Yəməndə, Suriyada və ən son İranda həyata keçirdiyi hücumlar quldurluq kimi dəyərləndirilir. Əlbəttə, bu təsadüfi deyil ki, bu hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların intensivləşdiyi bir dövrdə baş verir”, – deyə Ərdoğan qeyd edib.

 

Bununla yanaşı, Türkiyə lideri İran xalqının bu çətin günləri həm çətinliklər qarşısında nümayiş etdirdiyi həmrəylik, həm də güclü dövlətçilik təcrübəsi sayəsində geridə qoyacağına əminliyini ifadə edib.

 

Anadolu Agency

Ayan Əsgərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər