00:00:00
Yazar
Admin User
21.10.2025 17:57 120 2 dəq oxuma
Dünya

BMT baş katibi Antoniu Quterreş Vyetnama səfər edəcək

BMT baş katibi Antoniu Quterreş Vyetnama səfər edəcək

BMT-nin baş katibi Antoniu Quterreş oktyabrın 24–25-də Vyetnamda rəsmi səfərdə olacaq. O, Prezident Lıonq Kıonqanın dəvəti ilə ölkəyə gələcək və BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanması mərasimində iştirak edəcək.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Quterreşin Vyetnama səfəri BMT-nin Asiya regionunda fəaliyyətini gücləndirəcək növbəti addımdır:

 

“Son zamanlarda bu regionda müəyyən qədər insan hüquqlarının pozulması və regional təhlükəsizlik yaradacaq mühüm hadisələr baş verib. Buna görə də, Quterreşin bütün imkanlar ilə çalışır ki, burada BMT-nin fəaliyyətini gücləndirsin və burada regional təhlükəsizliyə töhvələr versin. Ümumiyyətlə Asiya ölkələrində kiber təhlükəsizlik cinayətləri son zamanlarda kifayət qədər artıb. Yəni burada kriminal qrupların fəaliyyət göstərməsi və müxtəlif cür cinayətlərin dünya statistikasında kifayət qədər artım var. Ehtimal ki, BMT-nin əsas səyi bu cür cinayətlərin beynəlxalq miqyasda yardım etməkdir. Vyetnamdakı hökumətin BMT- ilə əməkdaşlıq çərçivəsində bu cür kiber təhlükəsizliyə qarşı mühüm işlər həyata keçirə bilər. Vyetnam digər ölkələr ilə iqtisadi əməkdaşlıq gücləndirməsi ilə bağlı mühüm addımlar ata bilər. Vyetnam konvensiyadan üzərinə düşən öhdəlikləri yerinə yetirmək, peşakar şəkildə kiber təhlükəsizliyə qarşı əməliyyatlara start vermək, eyni zamanda bu əməliyyatlar zamanı insan hüquqlarının qorunmasına diqqət yetirmək səylərini göstərə bilər. Bu səfər həm BMT- dünyada nüfuzunun güclənməsi, həm də Şərqi Asiya ölkələrinin inkişafına təkan verəcək mühüm addımdır”.

 

Mələk Hüseynova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər