BMT Baş katibi Quterreş, Həmas–İsrail atəşkəsini alqışlayıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, İsrail ilə Həmas arasında Qəzzədə atəşkəs planının birinci mərhələsinin qəbul edilməsini məmnunluqla qarşıladığını bildirib.
BMT Baş katibi Quterreş: “Qəzzədə atəşkəs və girovların azad olunması ilə bağlı razılaşmanı məmnuniyyətlə qarşılayıram”
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, BMT Baş katibinin sözçüsü vasitəsilə yaydığı yazılı bəyanatda bildirib:
“Prezident Donald Trampın təklifi əsasında Qəzzədə atəşkəsin əldə olunması və girovların azad edilməsi barədə razılaşmanın elan olunmasını məmnuniyyətlə qarşılayıram.”
Quterreş, bu razılaşmanın əldə olunmasında göstərdikləri diplomatik səylərə görə ABŞ, Qətər, Misir və Türkiyəni yüksək qiymətləndirdiyini vurğulayıb və bütün tərəfləri razılaşmanın şərtlərinə tam şəkildə əməl etməyə çağırıb.
Baş katib qeyd edib ki, bütün girovların azad olunması, daimi atəşkəsin təmin edilməsi və Qəzzəyə təcili humanitar yardımın maneəsiz çatdırılması zəruridir. “Əzablar bitməlidir”, – deyə o bildirib.
Quterreş əlavə edib:
“Bütün tərəfləri bu mühüm fürsətdən istifadə edərək işğala son qoyulmasına, Fələstin xalqının öz müqəddəratını təyin etmə hüququnun tanınmasına və israillilərlə fələstinlilərin sülh və təhlükəsizlik şəraitində yaşamasını təmin edəcək iki dövlətli həll yolunda etibarlı siyasi prosesin başlanmasına çağırıram.”
TRT Haber
Aydan Əsgərxanlı