00:00:00
Yazar
Admin User
24.06.2025 15:30 95 1 dəq oxuma
Dünya

BMT-dən İran və İsrailə atəşkəs haqqında çağırış

BMT-dən İran və İsrailə atəşkəs haqqında çağırış

 

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail və İrana atəşkəsə əməl etmə çağırışı edərək, bölgədəki digər münaqişələrdə də atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.

Quterreş İsraillə İran arasında əldə olunan atəşkəslə bağlı “X” sosial media hesabında paylaşım edib.

ABŞ Prezidenti Donald Trampın İsrail və İran arasında atəşkəs əldə olunduğunu elan etməsindən məmnunluq duyduğunu qeyd edən Quterreş qarşıdurmanın sona çatmalı olduğunu bildirib.

Quterreş, İsrail və İrana atəşkəsə əməl etmə çağırışı edərək, bölgədəki digər münaqişələrdə də atəşkəsin əldə olunacağına ümid etdiyini bildirib.


BMT Baş katibi əlavə edib ki, hər iki ölkənin xalqı artıq yetərincə acı çəkib.

Trt xəbər
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər