00:00:00
Yazar
Admin User
26.08.2025 13:05 94 1 dəq oxuma
Dünya

BMT: İsrail Qəzzaya humanitar yardımları əngəlləməyə davam edir

BMT: İsrail Qəzzaya humanitar yardımları əngəlləməyə davam edir

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, İsrail Qəzzada humanitar yardım karvanlarını məhdudlaşdırmağa və əngəlləməyə davam edir, bu isə həyat qurtarma əməliyyatlarını çətinləşdirir.

 

BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında danışıb.

 

O qeyd edib ki, BMT-nin Humanitar İşlər Koordinasiya Ofisinin (OCHA) əməkdaşları İsrailin yardım karvanlarını əngəllədiyini təsdiqləyiblər. Dujarrikin sözlərinə görə, İsrail hakimiyyəti dünən koordinasiya tələb edən 15 humanitar yardım missiyasının 8-ni əvvəlcədən rədd edib, qalan 7-sinə isə yerində mane olub.

 

Dujarrik əlavə edib ki, OCHA Qəzza zolağında davam edən hava hücumlarının və döyüşlərin, tibb müəssisələrinə qarşı hücumlar da daxil olmaqla, daha çox mülki insan itkisinə səbəb olduğunu, kritik infrastrukturun zədələnməsinə və ya məhv edilməsinə gətirib çıxardığını bildirib.

 

O, həmçinin Qəzza zolağının dörd bir yanında insanların təhlükəsizlik və sığınacaq axtarışı ilə öz evlərindən didərgin düşdüyünü vurğulayıb. Dujarrikin sözlərinə görə, mart ayının ortalarında atəşkəsin bitməsindən bu yana Qəzzada məcburi köçkünlərin sayı 800 mini keçib.

 

TRT HABER

Solmaz Muradova

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər