00:00:00
Yazar
Admin User
14.05.2025 16:13 124 1 dəq oxuma
Dünya

BMT, Türkiyənin Rusiya–Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

BMT, Türkiyənin Rusiya–Ukrayna müzakirələrinə ev sahibliyini alqışlayıb

BMT Baş katibi: “Türkiyənin Rusiya–Ukrayna münaqişəsinə son qoymaq üçün nümayiş etdirdiyi vasitəçiliyi təqdir edirik".

 

Məsələ ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a açıqlamasında bildirib ki, Türkiyə prezidentinin siyasəti dünyada sülh fəlsəfəsini həyata keçirməkdədir:

 

“Bu, Türkiyənin strategiyasıdır. Türkiyə dünyanın bir çox bölgəsində qaynar nöqtələrin sülh yolu ilə həllində vasitəçi rolunu oynayır. Xüsusilə də, Rusiya–Ukrayna münaqişəsində bu özünü göstərir. Türkiyə NATO blokunun üzvü olsa da, bəzi təzyiqlərə baxmayaraq bu münaqişədə neytral oldu. Qərb koalisiyası Türkiyəyə təzyiq edir ki, Rusiyaya tətbiq edilən sanksiyalarda iştirak etsin. Türkiyə isə dövlət və milli maraqları nəzərə alaraq neytral mövqe tutdu.

Xatırlatmaq istəyirəm ki, bu münaqişə ilə əlaqədar dünyada bir taxıl problemi var idi. Türkiyə prezidentinin təşəbbüsü ilə bu problem aradan qaldırıldı. Münaqişənin başladığı günlərdə Türkiyə sülh təşəbbüsü ilə çıxış etdi. İstanbulda görüşlər keçirildi. İki il əvvəl münaqişə sülhlə nəticələnə bilərdi. Lakin, təəssüf ki, Ukraynanı münaqişəyə təhrik edən Qərb, Türkiyədə razılığa gələn sazişi pozdu”.

 

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər