00:00:00
Yazar
Admin User
22.09.2025 17:10 123 1 dəq oxuma
Siyasət

BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Qəzza və Ukrayna ilə bağlı iclas keçirəcək

 

BMT Təhlükəsizlik Şurası 23 sentyabrda Qəzza zolağındakı vəziyyətə və Ukraynadakı münaqişəyə həsr olunmuş iclaslar keçirəcək.

 

Məsələ haqqında politoloq Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki,BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı 4 qətnaməni əxminən 27 il ərzində Ermənistan icra etməyib:

 

"İndi də BMT Təhlükəsizlik Şurasının Qəzza və Ukrayna ilə bağlı hansısa ciddi qərarlar verməsi mümkün olmadığı kimi, hətta belə bir qərar versə, belə icra olunmayacağını düşünürəm. BMT artıq ömrünü başa vurmuş qurumdur,dünyada gedən proseslərə təsir imkanı itirmiş bir qrumdur. Ciddi islahatlar olmadan, qərarların ədalət əsasında qəbul edilməsi və qəbul edilən qərarların icra mexanizmi yaradılmadan bu təsisatdan ciddi nəsə gözləmək mümkün deyil. BMT-nin ikicə faydası var. Siyasi liderlər BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-yə səfər edir. İkinci jurnalistlər əlavə mövzular qazanırlar. BMT-nin bundan başqa faydası yoxdur".

 

Nəzrin Nəsirova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər