00:00:00
Yazar
Admin User
12.09.2025 19:57 149 2 dəq oxuma
Siyasət

BMT TŞ İsrailin hücumu ilə bağlı fövqəladə iclas keçirib

BMT TŞ İsrailin hücumu ilə bağlı fövqəladə iclas keçirib

BMT Təhlükəsizlik Şurası (TŞ) İsrailin Dohaya hücumu ilə bağlı fövqəladə iclas keçirib.


Görüş Əlcəzair, Pakistan və Somalinin müraciəti əsasında təşkil olunub. Görüş tələbi Fransa və Böyük Britaniya tərəfindən dəstəklənib.


İclasda Baş katibin Yaxın Şərq, Asiya və Sakit Okean üzrə köməkçisi Məhəmməd Xalid Xiyari və Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Sani də iştirak edib.


Qeyd edək ki, İsrail sentyabrın 9-da HƏMAS rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alaraq Dohanın yaşayış massivindəki binalara hava zərbəsi endirib.


Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin Dohaya zərbə endirməsi Qətərin suverenlik və ərazi bütövlüyü təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir:


“BMT Təhlükəsizlik Şurası İsrailin Dohaya zərbə endirməsini pisləyib. Bu, Qətərin suverenlik və ərazi bütövlüyü təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. Təhlükəsizlik Şurası bir daha BMT nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Eləcə də Qətəri dəstəklədiyini ifadə edib. Burada baş vermiş hadisəyə BMT Təhlükəsizlik Şurasının belə dərhal reaksiya verməsi məqbul haldır. Amma bununla belə nəzərə almaq lazımdır ki, BMT Təhlükəsizlik Şurasının məşvərətçi orqan sifəti ilə çıxış edir. Onun hansısa təzyiqlər, məhdudlaşdırıcı tədbirlər görmək, güc tətbiq etmək və başqa bu kimi addımlar atmaq səlahiyyətləri yoxdur. Ona görə BMT yalnız bəyanat verməklə kifayətlənir. Amma BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən ikisinin- Böyük Britaniya və Fransanın məlum bəyanatı dəstəkləməsi İsrail üçün çox ciddi siqnal sayıla bilər. Çünki həm Fransa, həm Böyük Britaniya İsrailə Fələstinin müstəqilliyini tanıyacaqları kimi xəbərdarlıq ediblər. Ona görə Böyük Britaniyanın əsas şərti HƏMAS-ın tərksilah olunmasıdır”.


Politoloq qeyd edib ki, Fransa və Britaniya ilə Əlcəzair və Somalinin bir koalisiya formalaşdırması ehtimalı yoxdur:


“Bir məsələni də qeyd edək ki, 1947-ci ildə İsrail və Fələstin məsələləri BMT-də müzakirə olunanda Fələstinin müstəqilliyini ABŞ, Böyük Britaniya, Fransa və Almaniya tanımamışdır. Amma indi Böyük Britaniya və Fransanın Fələstini tanımaq təşəbbüsü ilə çıxış etməsi Fələstin dövlətinin qurulması perspektivi üçün uğurlu sayıla bilər. Məsələ ətrafında yeni koalisiyanın yaxud hər hansı birləşmənin formalaşması ehtimalı azdır, çünki bunlar tamamilə fərqli qruplardır. Həm Əlcəzair, həm Somali zamanında İngiltərədən, xüsusilə Fransadan ziyanlar görüb. Odur ki, Fransa və Britaniya ilə Əlcəzair ilə Somalinin bir koalisiya formalaşdırması ehtimalı yox dərəcəsindədir”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər